Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma” - Qasparyan

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın onu və bəzi keçmiş generalları "Koçaryanla Sarkisyanın bukletpaylayanları" adlandırmasına cavab verib.
Qasparyan Paşinyanı "tərbiyə hüdudlarını aşmamağa çağırıb:
"Mən  heç vaxt məsuliyyətdən yayınmamışam, öz yoldaşlarımın və tabeçiliyimdə olanların çiyinləri arxasında gizlənməmişəm, öz fəaliyyətimə görə cavab verməyə hazıram. Əminəm ki, hakimiyyət dəyişikliyindən sonra obyektiv təhqiqat aparılacaq, hər bir məmur layiq olduğu cəzanı alacaq.
"Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma. Ucuz şouların ən böyük ustası olduğunu bilirəm və dövləti idarə etmək sahəsindəki bacarıqsızlığını belə əsassız ifadələrlə ört-basdır edirsən. Yeri gəlmişkən, bukleti verməkdə çox bacarıqlısan (baxmayaraq ki, metroda vaxtaşırı bu kitabçaları üzünə çırpırdılar)".
Qasparyan Qazaxın işğal edilmiş 7 kəndinin qaytarılması barədə bəndin 10 noyabr üçtərəfli bəyanatının mətnində yer alması, daha sonra çıxarılması haqda da danışıb.
"Kəndlərlə əlaqədar olaraq yaddaşını təzələmək istəyirəm - müzakirə zamanı dedim ki, bu məsələnin Qarabağla heç bir əlaqəsi yoxdur və yəqin ki, bu maddə diplomatik fənddir, məqsədli şəkildə bəyanat layihəsinə daxil edilib.
Bu məsələni Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla da müzakirə etdim və onun səyləri sayəsində bu bənd çıxarıldı.
Hər halda, Nikol, ən azından Kennedinin qətlində məni günahlandırmadığın üçün minnətdaram".
Xatırladaq ki, Nikol Paşinyan Artaşat şəhərində tərəfdarları ilə görüşündə bildirmişdi ki, Baş qərargah rəisi Qazaxın 7 kəndinin qaytarılmasını da nəzərdə tutan mətnin imzalanmasını istəyib.
"Mən isə dedim ki, əllərimi kəsərəm, amma imzalamaram. Buna bir neçə nəfər şahiddir", - deyə Paşinyan söyləyib. \\Qafqazinfo

Tarix: 05 iyun 2021
Baxış: 229

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş