Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Paşinyandan SAXTAKARLIQ: Partiyası İran vətəndaşını...

Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb.
"Novosti Armeniya" xəbər verir ki, bu məlumatı Emənistanın Seçkilərə Nəzarət Komitəsi yayıb.
"Seçkilərə Nəzarət Komitəsinin internetdə apardığı monitorinq nəticəsində Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizədliyi irəli sürülən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb. Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər”, - komitədən bildirilib.
Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.
Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Razılaşması Partiyasının qurucusudur.
İyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək. \\Publika

Tarix: 03 iyun 2021
Baxış: 189

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş