Xəbər lenti
Reklam
Erməni generalı: “Elə indi 50 azərbaycan əsgərini əsir götürə bilərik”

“Bizim də Azərbaycan əsgərlərini əsir götürmək imkanımız var. İstəsək 20-50 Azərbaycan əsgərini əsir götürərik”.
Gender.az bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Eduard Asryan deyib.
Onun sözlərinə görə, Ermənistan ordusu sərhəddə olan Azərbaycan əsgərini istədiyi vaxt əsir götürə bilər:
"Biz onlardan, onlarda da bizdən əsir götürəcəklər. Bu proses sonsuza qədər davam edəcək. Lakin biz problemi diplomatik yolla aradan qaldırmağa çalışırıq. Məhz diplomatik yolla sərhədlərimizi bərpa etmək, silahdan istifadə etmədən onları öz ərazilərinə göndərməyə çalışırıq. Həmçinin belə bir variant da var ki, güc işlətməklə onları geri çəkilməyə məcbur edək. Əsir götürmək də bir metoddur, lakin bu problemi həll etmir. Əksinə, belə addımlar yekunda hərbi toqquşmaya gətirib çıxarır. Bütün bunlara baxmayaraq, bütün variantlar nəzərdən keçirilir və yekun qərar veriləcək”. \\Jamaz.info

Tarix: 29 may 2021
Baxış: 235

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş