Xəbər lenti
Reklam
Bakıdan Naxçıvana avtobus reysləri BƏRPA EDİLDİ

"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir".
Gender.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

"Tezliklə muxtar respublikaya səfərlər bərpa ediləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, N.Allahyarova bir qədər əvvəl keçirdiyi mətbuat konfrasında Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsinin hələ ki, nəzərdə tutulmadığını bildirib.

Tarix: 27 may 2021
Baxış: 221

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş