Milli Məclisin deputatı ÜST rəhbərinə rüşvət təklif etdi: “Ona bir az pul verək…”
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqində bir sıra önəmli qərarlar alınıb.
Yoluxma dinamikasının aşağı düşməsi nəzərə alınaraq,bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına qərar verilib. Qərarlar arasında ictimaiyyətin böyük kəsiminin gözlədiyi toylarla bağlı konkret addımlar atılmaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bəs, hansı şəraitdə toyların keçirilməsinə icazə verilə bilər?
Gender.az xəbər verir ki, azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirən deputat Aqil Abbas bildirib ki, birmənalı olaraq toylara icazə verilməlidir:
"ÜST-ün sədrinə biraz pul, rüşvət vermək lazımdır ki, toyların keçirilməsinə icazə versin. Çünki dünyanı barmaqlarına sarıyıblar. Hətta deyir ki, dördüncü dalğa gəlir və bu daha təhlükəlidir. Sən haradan bilirsən bunu? Demək siz yaratmısız bu xəstəliyi. Necə yəni 100 adam restoranda yemək yeyə bilər, amma 50 adam bir yerə yığışıb toy, ad günü, nişan edə bilməz?”.
Tarix: 25 may 2021
Baxış: 235
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş