Şənbə-bazar ictimai nəqliyyat işləyəcək? - Prezidentin köməkçisindən açıqlama
Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.
Gender.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.
Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:
"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".
Tarix: 25 may 2021
Baxış: 216
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş