Xəbər lenti
Reklam
Bu, erməni vandalizminin sübutudur - Çavuşoğlu

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Nyu-York şəhərində təşkil etdiyi “Şəhid diplomatlar” sərgisi xarici işlər naziri Mövlud Çavuşoğlu iştirakı ilə açılıb.
Nazir Mövlud Çavuşoğlu sərgidəki çıxışında 1915-ci il hadisələrindən geniş bəhs edərək təkzibolunmaz faktlarla “erməni soyqırımı” mövzusunun tamamilə yalan, uydurma və saxta olduğunu bildirib. Türk diplomatlarına qarşı törədilən terror aktları erməni vandalizminə sübutdur.
Rəsmi hissədən sonra iştirakçılar sərgi ilə tanış olublar.
Nazir Mövlud Çavuşoğlu, həmçinin səfər çərçivəsində Nyu-Yorkda tikilən “Türk Evi”ndəki işlərlə də tanış olub.
Qeyd edək ki, “Şəhid diplomatlar” sərgisində erməni terror təşkilatlarının türkiyəli diplomatlara qarşı həyata keçirdikləri sui-qəsd və terror aktları barədə faktlarla müfəssəl məlumat verilir. Erməni terror təşkilatlarının 1970-ci ildən başlayaraq xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. \\Axar

Tarix: 21 may 2021
Baxış: 242

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş