Zəngəzurda gərginlik: Azərbaycanlı hərbçilər 10 erməni əsgərini döydü
Ötən axşam Sünik (Zəngəzur) vilayətində baş verən insident nəticəsində ümumilikdə 10 erməni hərbçi xəsarət alıb.
Bu barədə yerli rəhbərlik “Tert.am”a məlumat verib. Bildirilib ki, xəsarət alan erməni hərbçilər Gorusdakı xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir. Hadisə barədə
Ermənistanın Müdafiə Nazirliyinə məlumat verilib.
Qeyd edək ki, erməni jurnalist Ariana Hovsepyan “Facebook” hesabı vasitəsilə açıqlamasında ötən gecə
azərbaycanlı hərbçilərin erməniləri döydüyünü, Gorus hərbi hissəsinin qərargah rəisinin burnunu sındırdığını açıqlamışdı.
Anar Türkeş / Metbuat.az
Tarix: 21 may 2021
Baxış: 243
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş