Xəbər lenti
Reklam
Rusiyadakı Azərbaycan vətəndaşlarına MÜRACİƏT EDİLDİ

Rusiya ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılara müraciət edilib.
Müraciəti Azərbaycanın Rusiyadakı Səfirliyi yayıb.
Müraciətdə bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 15-dək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər.
Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaq. Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etmələri tövsiyə edilir. \\Konkret

 



Tarix: 21 may 2021
Baxış: 206

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş