Xəbər lenti
Reklam
UNESCO missiyası gələn ay Azərbaycana gəlməyi PLANLAŞDIRIR

“Ümid edirəm ki, gələn ay UNESCO missiyası Azərbaycana gələcək”.
Gender.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
“Uzun illərdir UNESCO-nu işğal olunmuş əraziləri ziyarət etməyə dəvət etməyə çalışırdıq. Ancaq cavab alırdıq ki, UNESCO siyasi mübahisələr məsələsinə qarışmır. Belədə bütün işğal illərində UNESCO missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi UNESCO-dan bu ərazilərə səfər etməklə bağlı istəklər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə görə şadam. İndi onların gəlişi üçün UNESCO ilə logistika üzrə danışıqların son mərhələsindəyik”, - dövlət başçısı söyləyib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan UNESCO-nun Ermənistan tərəfinin Azərbaycanın milli və mədəni irsi ilə nələr etdiyini görməsini istəyir.

Tarix: 20 may 2021
Baxış: 205

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş