Xəbər lenti
Reklam
“Azərbaycanla münasibətləri gərginləşdirmək Gürcüstan üçün faydalı deyil”

“Gürcüstanda baş verən xoşagəlməz olaylara birinci növbədə bu ölkənin rəsmiləri münasibət bildirməli, azərbaycanlılara qarşı təxribat həyata keçirənləri dərhal müəyyənləşdirməlidir. Bu birbaşa gürcülərin maraqlarına cavab verir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
E.Şahinoğlu bildirib ki, Azərbaycanla münasibətləri gərginləşdirmək Gürcüstan üçün heç faydalı deyil: “Biz isə gürcüləri anlatmalıyıq ki, iki xalq arasında nifaq yaratmaq istəyən ünvan bəllidir. Ermənistan hakimiyyəti hazırda Azərbaycanla sərhəddə panika içərisindədir və buna görə cəmiyyətinin diqqətini fərqli istiqamətə yönətlmək üçün ətrafda təxribat yarada bilər”.\\Pravda.az

Tarix: 17 may 2021
Baxış: 220

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş