Xəbər lenti
Reklam
Nikol bizi aldatdı ki, qələbə çalırıq, amma özü gizlincə təslim aktı imzaladı- Mikael Minasyan

Nikol 44 gün bizi aldatdı ki, qələbə çalırıq, amma özü 2 saata gizlincə təslim aktı imzaladı.
Bu sözləri Ermənistanın Vatikanda keçmiş səfiri,  siyasətçi Mikael Minasyan öz Fasebook səhifəsində yazıb.
“Nikol müharibədə məğlub oldu və ardınca uduzan lider kimi hakimiyyətdən getməliydi. Nikol ordunu məhv etdi. Qurbanların, itkin düşənlərin və əsir götürülənlərin sayı hələ də gizli saxlanılır. Yüzlərlə igidlərimizin qalıqları bu günə qədər refrejatorlarda gizlədilir. Nikolun komandasında Türkiyənin və Azərbaycanın həm meylli, həm də faktiki agentləri var.
Nikolun dövründə məhsulların qiyməti dəfələrlə qalxdı və Ermənistanda yaşamaq qeyri-mümkün oldu. Faktiki 3 ildir ölkəyə heç bir investisiya qoyuluşu yoxdur, ölkəni iqtisadi böhran gözləyir. Hər iki nəfərdən biri tam dilənçi, hər 3-cü adam isə işsizdir.
Pullar göyə sovrulub. Nikol hər sahədə fiaskoya uğrayıb, insanlar çarəsizlikdən öz evlərində koronavirusdan ölür. Nikol bütün hərbi büdcəni silahsız СУ-30 qırıcılarına və atəş açmayan 3PK”OCA-AK”-lara xərclədi.
Bizim əsgərlərin sərhəddə zirehli jiletdən kaskaya qədər adi müdafiə vasitəıləri yox idi. “Hayastan” Ümumerməni Fonduna yardım üçün göndərilən 52 milyardı yedilər, dağıtdılar, yoxa çıxdı.
Hərəkətsiz otursaq nə olacaq?
Nikol Suniki faktiki Azərbaycana verəcək. Nikol axıra qədər həlak olanların və itkinlərin sayını gizlədəcək. Ordumuz simvolik olacaq, təhlükəsizliyimiz qonşularımızdan asılı olacaq. Qiymətlər qalxacaq, yoxsulluq artacaq, dollar bahalaşacaq. Və 1 milyon erməninin böyük köç etapı başlayacaq, ölkəni tərk edəcək.” \\KONKRET

Tarix: 11 may 2021
Baxış: 264

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş