Redaktor seçimi
    DİN-dən vətəndaşlara xəbərdarlıq
Xəbər lenti
Reklam
Bakıdakı final üçün nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.
Gender.az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Trend-ə bildirib.
F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.
"Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".
Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda“Çelsi” ilə “Arsenal” komandaları arasında keçiriləcək.
Tarix: 27 may 2019
Baxış: 420

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş