Xəbər lenti
Reklam
Bu radiomuz Qarabağda fəaliyyət istiqamətini AÇIQLADI

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində yerüstü yayımına başlayıb.
Nazirlikdən verilən məlumata görə, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.
Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.
***
Qarabağda yayıma başlayan “CBC FM” fəaliyyət istiqamətlərini açıqlayıb.
102.7 MHs işçi tezliyində dinlyicilərin ixtiyarında olacaq “CBC FM”də gün ərzində hər saatın əvvəli bir neçə dildə 8 xəbər buraxılışı təqdim edəcək.
Fasiləsiz olaraq radio kanalda Azərbaycan həqiqətlərini əks etdirən verilişlər, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi tərənnüm edən faydalı layihələr və paralel olaraq, CBC telekanalının proqramları da yayımlanacaq. Dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili üçün radio kanalda musiqi və audiokitablar təqdim olunacaq. “CBC FM”də yayımlanan verilişləri internet üzərindən izləmək də mümkündür.
"Caspian International Broadcoasting Company" MMC-nin baş direktoru Vüqar Xəlilov “CBC FM”in fəaliyyətə başlaması ilə bağlı birdirib: “Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacayıq”.
Vüqar Xəlilov radiokanalın qarşısında duran məqsədlərdən və vəzifələrdən danışaraq deyib:
“Dinyəyicilərin rəğbətini qazanmaq üçün daima zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan – müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır”. \\Axar

Tarix: 08 may 2021
Baxış: 228

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş