Xəbər lenti
Reklam
Oğlu Ağakərim haqda: Həkimlərin edə biləcəyi heç nə yoxdur...

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.
Meyxanaçının oğlu atasının vəziyyətinin yaxşı olmadığını bildirib:
“Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb. \\Lent.az 

Tarix: 06 may 2021
Baxış: 243

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş