Bakı və Tiflis birgə gömrük məntəqəsi YARADIR
Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir.
Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılır.
Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bildirib ki, bu layihə həm çox önəmli, həm də innovativ ideyadır:
“Layihədə yalnız infrastrukturun inşası nəzərdə tutulmur. Layihə çərçivəsində iki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Biz əminik ki, bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həmçinin CAREC dəhlizi üçün yaxşı model olacaq”, – deyə Laşa Xutişvili vurğulayıb. \\Axar
Tarix: 04 may 2021
Baxış: 268
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş