Xəbər lenti
Reklam
Ermənilər burada nifrət bombası partladıblar - Korotçenko

Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar.
Bunu mayın 1-də Ağdamda səfərdə olan Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.
İ.Korotçenko qeyd edib ki, törədilmiş dağıntıların miqyası ağlasığmazdır:
“Dünyada bəlkə ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər”. \\Axar

Tarix: 01 may 2021
Baxış: 219

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş