Xəbər lenti
Reklam
Polad Həşimovun ailəsinə general Qasim Süleymani medalı verilib — FOTO

İran İslam respublikasının Azərbaycandakı səfiri və ali lider Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edib.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.

Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və ali liderin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq. Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik. \\Demokrat.az

 

Tarix: 28 aprel 2021
Baxış: 281

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş