Xəbər lenti
Reklam
Azərbaycanda bu sahə BAĞLANIR? - Deputat ELAN ETDİ

Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ramazan ayının daxil olması ilə əlaqədar restoranların bağlanılması əsas müzakirə olunan məsələlərdən biridir.
Milli Məclisin üzvü Fazil Mustafa mövcud vəziyyəti dəyərləndirib.
O deyib ki, Ramazan ayında restoranların bağlanılması barədə qərar qəbul etmək yanlış olardı: "Sadəcə olaraq restoranlarda qaydalara riayət olunmasına nəzarət etmək lazımdır. Paralel olaraq kütləvi şəkildə toplaşmaq və iftar məclisləri təşkil etmək olmaz. İftar süfrəsinə məhdud sayda insanın toplaşması mümkündür.
Restoranlarla bağlı bütövlükdə qadağa tətbiq etmək isə doğru olmazdı. Restoranlarda işləyən insanların sayına baxsaq, orada nə qədər insanın pul qazandığını görmək olar. Bu insanlar ac qalmalı deyillər. Bu səbəbdən qaydalara ciddi riayət olunmasını təmin etmək lazımdır. Bunu tənzimləyəndən sonra digər problemlər öz həllini tapacaq. (Baku.ws)

Tarix: 27 aprel 2021
Baxış: 231

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş