Xəbər lenti
Reklam
WhatsApp-da daha bir dələduzluq - Diqqətli olun

“WhatsApp” mesencerində yeni dələduzluq növü yayılmağa başlayır.
İstifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi donunda gələn ismarıcda “çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və akaunt məlumatlarını istəyən proqram yüklənir.
Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək “WhatsApp”ın bütün akauntlarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur.
Bir qədər əvvəl “WhatsApp”da istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların akauntlarının bağlandığı barədə məlumat yayılmışdı. \\Konkret

Tarix: 20 aprel 2021
Baxış: 191

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş