Xəbər lenti
Reklam
Kütləvi dini mərasimlərlə bağlı yeni qaydalar MÜƏYYƏNLƏŞİR

Kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşir.
Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.
Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.
Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq. \\Ölkə.Az 

Tarix: 13 aprel 2021
Baxış: 217

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş