Xəbər lenti
Reklam
Azərbaycanda növbəti BAHALAŞMA!

“Əsas ərzaq məhsullarının qiymətləri sürətlə bahalışır, bundan gileylənən yalnız yaşam şərtləri pisləşən istehlakçılar deyil, həmçinin pərakəndə satışla məşğul olan ticarətçilərdir”.
Bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlu qeyd edib ki, birincilər ailə xərclərinin artımından, ikincilər də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə  görə satışlarının azalmasından narazıdırlar: “Məsələn, son günlər "Azərsun" bitki yağlarının qiymətlərini belə artırıb. Əvvəlki qiyməti 3,20 manat olan  1litr "Evim" günəbaxan yağı hazırda   3,58 manata,  3,16 manat 1 litr "Final" günəbaxan yağı 1hazırda  3,51manata, əvvəlki qiyməti 4,02 manat olan 1 litr  "Möcüzə" günəbaxan yağı 4,47 manata satılır. Hər 3 məhsulda son bahalaşma səviyyəsi 11 faizdir. Bu qiymətlər son deyil,  "Azərsun"un qiymətləridir, onun üzərinə mağazalar da əlavələrini edirlər”.\\Pravda.az

Tarix: 09 aprel 2021
Baxış: 254

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş