Almaniyada peyvənd vurduranlar arasında 30-dan çox insanın beyində TROMBOZ YARANIB
“AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndini vurduranlar arasında 30-dan çox insanın beynində tromboz hadisəsi qeydə alınıb.
Bu barədə “Der Spiegel” Almaniyanın Paul Ehrlich İnstitutuna istinadən xəbər verib.
Məlumata görə, 31 xəstənin doqquzu artıq ölüb.
Fəsadlar 36 və 57 yaşlarında iki kişidə, həmçinin 20-63 yaş arasındakı 29 qadında aşkar edilib.
Nəşrdə bildirilir ki, 19 vəziyyətdə həkimlər trombositopeni (trombosit sayında azalma) müşahidə ediblər.
“Der Spiegel” Almaniyada təxminən 2.7 milyon insanın “AstraZeneca” peyvəndi vurdurduğunu qeyd edib. Digər 800 nəfər artıq ikinci peyvənd dozasını alıb. \\BAKU.WS
Tarix: 30 mart 2021
Baxış: 282
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş