Salyanda şəhidin xatirə kompleksi açıldı - Foto
Salyan rayonunda şəhid Kənan Elşad oğlu Həsənovun xatirəsinə hazırlanmış abidə kompleksinin açılışı olub.
Abidə kompleksi şəhidin doğulub-böyüdüyü Qaraçala qəsəbəsinin Arxarası kəndində ucaldılıb.
Abidə kompleksində şəhidin adını daşıyan bulaq və park yaradılıb. Kompleksi Kənan Həsənovun atası öz hesabına inşaa etdirib.
Həmçinin kəndin mərkəzi küçəsinə Kənan Həsənovun adı verilib.
Abidənin açılışına Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri qatılıb. \\Axar
Tarix: 30 mart 2021
Baxış: 286
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş