Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Ermənistan Prezidenti barəsində CİNAYƏT İŞİ BAŞLANILA BİLƏR

Ermənistanda 50-dən çox hüquqşünas Prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Bu barədə Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan feysbukda məlumat verib.
Məruzədə Armen Sarkisyanın 2003-2012-ci illərdə ən azı 10 illik Britaniya vətəndaşlığına sahib olduğu və 2018-ci ildə Ermənistan qanunvericiliyini pozaraq Prezident seçildiyi bildirilir. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.
Daha əvvəl, Ara Zohrabyan Sarkisyanın Böyük Britaniya vətəndaşlığının 2012-ci ilin noyabrında qüvvədən düşdüyünü bildirmişdi. Sarkisyan isə 2 mart 2018-ci ildə prezident seçilib və qanuna görə, onun İngiltərə pasportu 1 mart 2012-ci ildən gec olmayaraq ləğv edilməli idi. Bu əsasda vəkillər cinayət işinin başladılması üçün nəzarət orqanına müraciət ediblər. Müraciət 53 vəkil tərəfindən imzalanıb. \\Modern

Tarix: 30 mart 2021
Baxış: 288

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş