Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Bakıda özünü avtomobilin önünə yıxılan qadın GÖRÜN KİM İMİŞ - RƏSMİ AÇIQLAMA

Avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun "Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.
 
Görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.
 
O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.
 
Hazırda Abşeron RPİ Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. \\Qlobal


Tarix: 24 mart 2021
Baxış: 238

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş