Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
 
Azərbaycan əhalisinin vəsaitlərini əsasən hansı məhsulların alınmasına xərclədiyi açıqlanıb.
2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq məhsul satılıb. \\Trend
Tarix: 23 noyabr 2020
Baxış: 391

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş