Xəbər lenti
Reklam
"Etik saymıram..." - Deputat aldığı bayram pulundan danışdı
                                                                  
Millət vəkili Erkin Qədirli sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan Qurban bayramına görə deputatlara verilən bayram payı haqqında açıqlama verib.

Gender.az xəbər verir ki, millət vəkli bunun köhnə qayda olduğunu, illərdir tətbiq olunduğunu bildirib:

"Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:

1) etik saymıram;

2) reklamdan xoşum gəlmir;

3) hamıya yardım etmək imkanım yoxdur."(ucnoqta.az)
Tarix: 01 avqust 2020
Baxış: 331

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş