Redaktor seçimi
    “TƏBİB yalan danışır” - Rəşid Mahmudov
Xəbər lenti
Reklam
Türkiyə hərbçiləri Bakıya niyə göndərilib? - Ermənistanı qorxuya salan planın pərdəarxası
 

Bu gün Türkiyə və Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimlərinə start verilib.
Gender.az Oxu24.com-a istinla xəbər verir ki, Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Bu təlimlər Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun keçirilir. Lakin təlimlərin son dövrlər bölgədə baş verənlər, xüsusilə Tovuz döyüşlərindən sonraya təsadüf etməsi diqqət çəkir.
Ən maraqlı məqam hərmi təlimlərin keçirildiyi tarixdir: 29 iyul – 10 avaqust.
100 il öncə – 1920-ci ilin 10 avqustunda Osmanlı imperiyasının torpaqlarının bölüşdürüldüyü Sevr müqaviləsi imzalandı.
Müqavilənin 88-93 maddələrində Osmanlının Ermənistan respublikasını tanıması, Türkiyə torpaqları olan Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərinin Ermənistana verilməsi yer alırdı.
I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur “14 bənd” tezisinin müəllifi olan ABŞ prezidenti Vudro Vilson “yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində, kağız üzərində də olsa “böyük Ermənistan” yaradılmışdı. Atatürkün Qurtuluş savaşı bu planları pozdu, 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevri sıradan çıxardı.
Lakin 100 ildir ermənilər Sevrin nostaljisi ilə yaşayır, “böyük Ermənistan” xəyallarının gerçəkləşməsi üçün hər şeyə əl atırlar. Hətta son bir ildə Ermənistan mediası beynəlxalq güclərə xatırlatmaq üçün Sevr müqaviləsini geniş şəkildə təbliğ edir.
Azərbaycan-Türkiyə hərbi təlimlərinin avqustun 10-da – Sevrin 100 illiyində bitdiyinə tarix kontekstindən baxsaq, bunu ermənilərə və onların arxasındakı güclərə (həm bölgədə, həm də Qərb yarımkürəsində) “Bakı və Ankara ittifaqı regionda əsas gücdür və bu güc ermənilərin ərazi iddialarının gerçəkləşməsinə imkan verməyəcək” mesajı kimi qiymətləndirmək olar.
 
шаблоны для dle 11.2
Baxış: 71

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş