Redaktor seçimi
    Ermənistanla ABŞ hərbi təlimlərə başladı - Xəbərlərin 20:00 buraxılışı
Xəbər lenti
Reklam
700 bal toplayan Zərifə: "Nəticəni gördükdən sonra sevincimdən ağladım”

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. 
Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova I qrup üzrə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
Respublika üzrə ən yüksək bal toplayan Zərifə təəssüratlarını Redaktor.Az-la bölüşdü:
“Əslində aşağı siniflərdən 700 balı qarşıma hədəf qoydum ki, 11-ci sinfə çatanda bu nailiyyəti əldə edə bilərəm. Ən aşağı 690-dan çox bal yığacağıma inanırdım. İyunun 2-i imtahan oldu. İmtahandan çıxdıqdan sonra sualları yoxladım. Gördüm ki, cavabların hamısı doğrudur. Artıq onda bu nəticəni gözləyirdim, amma hələlik cavablar çıxmadığına görə, tam da arxayın olmaq istəmədim. Bütün fənlərdən özümə inanırdım. Hamısına eyni dərəcədə hazırlaşdım. Bir neçə dəqiqə öncə cavablar çıxdı. Nəticəni gördükdən sonra sevincimdən ağladım”.
Zərifə hansı ali məktəbi və ixtisası seçəcəyini də bildirdi:
"Təhsilimə ADA Universitetinin Riyaziyyat ixtisasında davam etmək istəyirəm. Xaricdə təhsil imkanları olduğuna görə də, elə seçimim bu universitet olacaq”.

Yusif SƏMƏDZADƏ




Tarix: 14 iyun 2024
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş