Redaktor seçimi
    Ermənistanla ABŞ hərbi təlimlərə başladı - Xəbərlərin 20:00 buraxılışı
Xəbər lenti
Reklam
Adına saxta səhifə açılan şəxslərə XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə vətəndaşların xəbəri olmadan onların adına açılan saxta səhifələrlə bağlı xəbərlər yayılır. Belə ki, insanların adına açılan saxta səhifələrdə dələduzluq edilir, digərlərinin bank kartlarını oğurlamağa çalışırlar. 
Mövzu ilə bağlı Gender.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dələduzluq əməlini adına səhifə açılan şəxsin özünün törərmədiyi, onun adından istifadə edildiyi sübut edilərsə, həmin şəxs zərərçəkmiş qismində tanınır: 
“Bu kimi hallar baş verdikdə dərhal bu barədə polisə məlumat vermək lazımdır. Bu halla qarşılaşan şəxs polisə bildirməlidir ki, onun adından, görüntülərindən yaxud hansısa şəxsi məlumatlarından istifadə edərək dələduzluq əməli törədən şəxslər mövcuddur və bu səhifələr ona məxsus deyil. Vətəndaş bu kimi vəziyyətlərdə hüquq-mühafizə orqanlarından qanunamüvafiq tədbirlərin görülməsini xahiş etməlidir”. 

Tarix: 12 iyun 2024
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş