Xəbər lenti
Reklam
Qəbul imtahanında 16 nəfərin nəticəsi ləğv edildi


Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.


DİM-dən Gender.Az-a verilən xəbərə görə, İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48978 abituriyentdən (II qrup üzrə 23874 nəfər, III qrup üzrə 25104 nəfər) 1994 nəfər (II qrup üzrə 1259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib.


İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər isə qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Tarix: 11 iyun 2024
Baxış: 94

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş