Xəbər lenti
Reklam
"Qızıl Xaç" 2 nəfərin Xankəndidən Ermənistana getdiyini TƏSDİQLƏDİ - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, martın 29-da Xankəndidən iki nəfər Ermənistana aparılıb. Məlumata görə, onlar Samvel Qalstyan və Marqarita Şahnazaryan adlı ər-arvaddır.
Gender.Az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova Modern.az-a məlumatı təsdiqləyib.
“Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib”, – deyə o bildirib.
Erməni KİV-ləri yazır ki, Sarkis Qalstyan Gorus şəhərində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb. Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Qor Abramyanın sözlərinə görə, o, casusluqda ittiham edilir.
Qeyd edək ki, Qalstyan işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.

Tarix: 03 aprel 2024
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş