Xəbər lenti
Reklam
Ramazan bayramında məktəblərdə qeyri-iş günləri açıqlandı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Gender.Az-a verilən məlumata görə, qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.
6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

Tarix: 03 aprel 2024
Baxış: 58

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş