Xəbər lenti
Reklam
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Erməni ekspert Artur Ambartsumyan Bakıda həbsdə olan separatçı Araik Arutyunyanın müsahibəsinin yayımlanmaması barədə sensasion iddia səsləndirib.
Gender.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Ermənistan hakimiyyətinin hansısa güzəştə getməsi ilə əlaqələndirib.
Ambartsumyanın fikrincə, rəsmi İrəvan Araikin müsahibədəki etiraflarının beynəlxalq aləmə yayılmasından, Ermənistana problem yaratmasından ehtiyat edib və hansısa güzəştlərə gedib. Əvəzində isə Bakıdan Araikin müsahibəsinin yayımlanmamasını xahiş edib.
Qeyd edək ki, Artur Ambartsumyanın bu iddiası bəzi erməni eksperləri tərəfindən təkzib edilib.
Xatırladaq ki, Qarabağda ləğv edilmiş separatçı rejimin başçısı Araik Arutyunyanın AzTV-yə müsahibəsinin martın 28-də yayımlanacağı açıqlanmışdı. Lakin ötən gün sözügedən müsahibə efirə getməyib.

Tarix: 30 mart 2024
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş