Redaktor seçimi
    DİN-dən vətəndaşlara xəbərdarlıq
Xəbər lenti
Reklam
Ən yüksək maaş hansı ərazilərdədir? (VİDEO)

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, bu rayonda orta aylıq maaş 2 211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub. Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib.
Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur.
Bəs rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?
İqtisadçı Xalid Kərimli məsələyə aydınlıq gətirib.
"Birincisi, ölkədə mal iyyə, mədənçıxarma və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkhaqqı daha çoxdur. Növbəti amil Pirallahıdakı iş yerlərinin sayı ilə bağlıdır. Oradakı müəssisələrdə rəhbər işçilər olduğu üçün əməkhaqları yüksək olub. İşçi sayı az olanda ümumi vəziyyəti düzgün qiymətləndirmək olmur”, - deyə o bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Tarix: 12 mart 2024
Baxış: 113

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş