Redaktor seçimi
    DİN-dən vətəndaşlara xəbərdarlıq
Xəbər lenti
Reklam
Güzəştli kreditlə kimlər ev ala bilər?

Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub. Bu da gənc ailələrə güzəştli şərtlərlə ev almaq imkanı verəcək.
İpoteka kreditləri üzrə güzəştlərdən müəyyən olunmuş şəxslər yararlana bilər. 
Həmin kateqoriyaya aid şəxslər bunlardır:
  • Gənc ailənin üzvü olan şəxslər
şəhidin övladları;
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
Azərbaycanın Milli Qəhrəmanının övladları;
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.şəhid ailəsinin üzvü (əri/arvadı);
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).
Qeyd edək ki, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.



İpoteka kreditini əldə etmək üçün hara müraciət etmək lazımdır?
Kredit üçün müraciət - İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsi ilə verilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.
Kreditin anderraytinqi - bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyyətinin, həmçinin ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Nəticədə, müvəkkil bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
İpoteka kreditinin rəsmiləşdirilməsi - bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır. Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.
Hansı sənədlər tələb olunur?
• İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:
Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:
Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.
• İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:
İpoteka müqaviləsinin (Qarışıq müqavilə) əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər, ipoteka kağızının elektron sistemindən çıxarış;
Borcalanın (borcalanların) həyat və ipoteka predmetinin sığortalanmasının və sığorta haqqlarının ödənildiyini təsdiqləyən sənədlər.
İpoteka kreditlərinin maliyələşdirilməsi ilə bağlə ətraflı məlumat almaq istəyənlər 1549 nömrəsi ilə əlaqə saxlaya bilər. (baku.vs)
Tarix: 06 mart 2024
Baxış: 256

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş