Xəbər lenti
Reklam
Qida təhlükəsizliyinə nəzarət gücləndirilir — Deputatdan AÇIQLAMA

Qəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov “Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” barədə qərar imzalayıb. Qərarda məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsi nəzərdə tutulur.
Qərarın qəbul ilə qida məhsulları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalına, həmçinin yem məhsulları, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsulları, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə dövlət nəzarətinin aparılmasına imkan yaranacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyd edib ki, qida təhlükəsizliyi vətəndaşların sağlamlığı üçün diqqət yetirilməli olan vacib məqamlardandır:


“Bu sahədə nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var. Etiraf etmək lazımdır ki, son dövrlər bu sahədə nəzarətin təkmilləşdirilməsini müşahidə edirik. Amma nəzərə almalıyıq ki, bu, uzunmüddətli prosesdir. Eyni zamanda burada qidadan istifadə ilə bağlı risklərin dəyər zəncirinin mərhələlərinə uyğun olaraq müəyyənləşdirilməsi və risk faktorları nəzərə alınaraq nəzarətin gücləndirilməsi vacibdir. Qanunverciliyə edilmiş dəyişikliklərdə bu məqamlar öz əksini tapıb. Görülən tədbirlər bu sahəyə nəzarətin gücləndirilməsinə zəmin yaradır”.

Törə Zeynallı
Tarix: 06 mart 2024
Baxış: 182

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş