Xəbər lenti
Reklam
“22 yaşlı sevgilim var” - Xalq artisti

Gender.Az bildirir ki, yubiley tədbirinə hazırlaşan Xalq artisti Naibə Allahverdiyeva Lent.az-a maraqlı açıqlama verib.
"22 yaşlı sevgilim var. "Romeo və Cülyetta" da mən Cülyetta, o Romeo oynayır. Gərək səhnədə onunla həmyaşıd görünmək üçün çevik olam, ayağımın ağrılarını unutmaq üçün dərman içib səhnəyə çıxıram",- deyə o qeyd edib.
Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi "Gerçəkləşməyən arzular" adlı tamaşada aktrisa 4 rol ifa edəcək. Çox hərəkətli səhnələrlə zəngin olan  bu tamaşada Naibə Allahverdiyeva sözün həqiqi mənasında əziyyət çəkir.
"Həkimlərimizin səhvinə görə, mənim ayaqlarımda ömürlük problem yarandı. Əməliyyat etdirsəm, şikəst qalacam. Ağrısız  günüm olmur. Ağrılar bütün bədənimə yayılıb. O qədər dərman içirəm, bütün orqanlarım sıradan çıxır. Amma işimin öhdəsindən gəlməliyəm, işləməliyəm, ona görə hər əziyyətə qatlaşıram. Ömrümdə hələ bu qədər həyəcanlı olmamışdım, sanki ilk dəfə səhnəyə çıxacam", -  aktrisa vurğulayıb.

Tarix: 05 mart 2024
Baxış: 373

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş