Xəbər lenti
Reklam
Cinlərin daha bir "HÜCUMU" - Azərbaycanda yeni fırıldaqçılıq növü FORMALAŞIR

Tacikistanın paytaxtı Düşənbə və digər bir sıra şəhərlərində "cinçıxarma" ayinləri geniş yayılıb. Həmin ərazidə yaşayan ruhanilərdən biri yerli media orqanlarına açıqlamasında deyib ki, hər həftə 15-dək müştərisi olur, ondan bədənlərdəki pis ruhları, "pis göz"ü qovub çıxarmasını istəyirlər. 53 yaşlı dindar "cinçıxarma"nı atasından öyrənib, 20 ildən çoxdur bu işlə məşğuldur. Onun müştəriləri, əsasən, Düşənbədən və yaxın rayonlardandır. Ancaq uzaq vilayətlərdən kömək istəməyə gələnlər olur.

Qeyd etməliyik ki, "cinçıxarma" sovet dövrü ateizminin təzyiqlərindən, hökumətin son tədbirlərindən salamat çıxıb. "Cinçıxarma" islam, xristianlıq və dünyada bir sıra digər dinlərdə də var. Müsəlmanlar arasında belə bir inanc var ki, insanın içinə şər ruhu, yaxud cin girə bilər və onu Qurandan müəyyən ayinləri oxumaqla çıxarmaq mümkündür. Müsəlman ölkələri arasında Azərbaycanda da düşünülür ki, həqiqətən də, bir insanın içərisinə gözəgörünməz “cin”, “şeytan” girə və onu idarə edə bilər. Digər bir qrup isə bunun cahillikdən başqa bir şey olmadığını düşünür.

Bu məsələnin həqiqət payı nədir? İslam dinində “cin çıxarma” anlayışı varmı?

Məsələyə aydınlıq gətirən ilahiyyatçı Hacı Təyyar Hüseynli Referans.Az-a deyib ki, bu məsələdə müxtəlif İslam alimləri fərqli yanaşma ortaya qoyurlar:
“Cinçıxarma ilə bağlı saysız hesabasız araşdırmalar edilib, lakin bu məsələyə tam olaraq qəti və 100 faizlik bir anlayış gətirmək mümkün deyil. Bəzən insanlarda əsəb sistemi ilə bağlı xəsətliklər yaranır və bu xəstəliklərin nədən qaynaqlandığını tapa bilmədikdə insanlar başqa yollara əl atırlar. Bizim üçün anormal davranışlı insanları fərqli şəkildən izah edib bunu dini baxımdan əlaqələndirən şəxslər var. Bildirirlər ki, bu cin, şeytan və ya hansısa şər qüvvənin işidir. Guya cin gəlib bu insana müsallat olur və bu kimi hallara da son zamanlar daha çox rast gəlirik. Bunu açıq şəkildə deməliyik ki, cin faktoru və onların mövcudluğu danılmazdır”.
İlahiyyatçı qeyd edib ki, sözügedən varlıqların insanlara özlərindən asılı olmayan bir səbəbdən yaxınlaşması mümkündür. Onun sözlərinə görə, insanlarda yaranan bir sıra psixi xəstəliklərə laqeyid yanaşılması, müalicəsinin gecikdirilməsi, sonda həmin insanda anormal pozuntuların yaranmasına səbəb olur: “Qeyri-ənənəvi varlıqlar hesab etdiyimiz mücərrəd varlıq olan cinlər insanlara yaxınlaşaraq onların içində başqa bir insan formalaşdıra bilər. Amma insanın güclü iradəsi və imanı olmalıdır. Bunun insanın özündən də qaynaqlanan səbəbləri var. Məsləhət görmək lazımdır ki, insanlar bu mövzuya çox diqqət ayırmasın, çünki bu elə bir məsələdir ki, fərd olaraq hər insanın düşüncəsində fərqli fəsadlar yarada bilər".
Hər halda Allaha sevgi, hörmət və məhəbbət bəsləmək lazımdır. Quranda da bildirilir ki, cinlər, şeytan və digər şər varlıqlar ibadət üçün yaradılıb. Biz nə qədər elmimizi artırsaq və kamilləşsək, həmin varılıqlar bizə heç bir natamamlıq gətirə bilməz – deyə Hacı Təyyar Hüseynli əlavə edib.

Tarix: 23 fevral 2024
Baxış: 95

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş