Redaktor seçimi
    “Hollivud”dakı hadisəni bu şəxslər törədib - Usubov DANIŞDI
Xəbər lenti
Reklam
Dünyanın ən bahalı avtomobil brendi dəyişdi - FOTO

“Brand Finance”ın yeni hesabatına əsasən, “Mercedes-Benz” “Tesla”nı keçərək dünyanın ən qiymətli avtomobil markası kimi mövqeyini bərpa edib.
“Tesla”nın ikinci mövqeyə düşməsi elektrik avtomobili istehsalçısının reputasiyasına və marka dəyərinə mənfi təsir edən İlon Mask ətrafındakı mübahisələr fonunda baş verib. Şirkət sahibi barədə söz-söhbətlər “Tesla”nın 12% dəyərdən düşməsinə və brendin qiymətinin 58,3 milyard ABŞ dollarına qədər azalmasına səbəb olub.
Bu arada, “Mercedes-Benz” brendinin dəyəri 1% artaraq 59,4 milyard ABŞ dollarına çatıb.
Dəbdəbəli idman avtomobil arasında Ferrari 90.0/100 xalla brend mükəmməlliyini qoruyur.
“Bosch's” isə 14,6 milyard ABŞ dolları dəyərində olmaqla ən bahalı və güclü avtomobil komponentləri markasıdır.










//Oxu.az
Tarix: 21 fevral 2024
Baxış: 101

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş