Xəbər lenti
Reklam
Siyavuş Novruzov: "Hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq" - VİDEO

Kimliyindən asılı olmayaraq hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq.
Gender.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər Xəbər”ə müsahibəsində deyib. Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq.
Siyavuş Novruzov həmçinin vətəndaşların tez-tez bələdiyyələrdən torpaq almaqla bağlı narazılıq məsələsinə də aydınlıq gətirib.
Millət vəkili dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələrin aldığını, bunun da ciddi problem olduğunu deyib. Qeyd edib ki, hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya vermək lazımdır.

Tarix: 21 fevral 2024
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş