Xəbər lenti
Reklam
İş tapa bilməyən tələbələrin nəzərinə - AÇIQLAMA

Günümüzdə tələbələrin iş tapa bilməməsi problemi gündəmdədir. Bir çox tələbə çox yerə müraciət etməsinə baxmayaraq onlar işə götürülmür. Səbəb olaraq isə "Biz tələbələri işə götürmürük." deyirlər. Əgər bu iş tələbənində görə biləcəyi bir işdirsə, niyə də tələbə işə götürülməsin?
Mövzuyla bağlı insan resursları üzrə mütəxəssis Sevda Quliyeva Referans.Az-a açıqlama verib.
"Hal-hazırda qaydalara əsasən dövlət tərəfindən məcburi şəkildə tələbələrin təcrübə proqramlarına qatılması təşkil edilir. Artıq hər bir şirkət təcrübə proqramına tələbələri götürməlidir. Tövsiyə edərdim ki, tələbələr mütləq şəkildə oxuduqları müddətdə təcrübə proqramlarına qoşulsunlar. Amma burada bəzi nüanslar ortaya çıxır ki, həmin vakansiyaya onlar nə dərəcə uyğundur, potensial namizədlərdir? Çünki burada kooperativ mədəniyyət, şəxsi keyfiyyətlər, idarəetmə, özünü aparmaq, nitq, ünsiyyət qurmaq bacarıqları, sənədlərlə işləmə bacarıqları və bu kimi səriştəliklər ortaya çıxır.
Bəzi vəzifələr var ki, orada məcburidir ki, tam ştat olsun. Çünki qısa müddətli işləməsi effektivlik vermir. Onlara iş öyrədilməsidə çətin olur. Nəticədə nə tələbələr istədiyini alır, nə də həmin iş müəssisəsi.  Bu nöqteyi-nəzərdən bəzən tələblərə önəm verilmir. 
Amma elə layihələr olur ki, orada sırf tələbələrin olması daha məqsədəuyğundur. Onlara 2-3 saat vaxt ayıraraq istənilən nəticəni əldə etmək olur. 
Yəni bu vəzifədən vəzifəyə dəyişir. Xüsüsi vəzifələr var ki, tələbələrə yox, tam ştat işləyə bilənlərə üz tuturuq. Amma iş öyrədilməsi tələb olunmadıqda tələbələri rahatlıqla işə götürürük."


Aytac Hacıyeva

Tarix: 12 fevral 2024
Baxış: 108

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş