Xəbər lenti
Reklam
Yüksək gəlir olmadan xoşbəxt olmaq mümkündür? - Yeni araşdırma

İspaniyanın Barselona Muxtar Universitetinin alimləri maddi sərvətlərin miqdarından asılı olmayaraq dolğun və xoşbəxt həyatın mümkün olduğunu müəyyən ediblər. 
Onlar araşdırmanın nəticələrini "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında paylaşıblar.
Sorğuda dünyanın 19 yerli xalqından 2966 nümayəndə iştirak edib. Onlar gəlirləri və həyatdan məmnunluqları barədə məlumat veriblər. Könüllülər emosional rifahlarını 10 ballıq şkala ilə qiymətləndiriblər.
Nəticələr göstərib ki, təcrid olunmuş qəbilələrin nümayəndələri inkişaf etmiş Qərbin sakinlərindən heç də az xoşbəxt deyillər - iştirakçıların orta həyatdan məmnunluq balı 6,8 olub. Qeyd olunur ki, bir çox könüllülər ümumiyyətlə heç bir gəlir mənbəyinə malik deyil və ya həyat üçün lazım olan minimum resurslarla kifayətlənirlər.
Üstəlik, tədqiqatda iştirak edən bəzi millətlərin nümayəndələri arasında orta həyat məmnunluğu balı səkkizdən çox olub. Belə yüksək rifah səviyyəsi varlı və təhlükəsiz Skandinaviya ölkələri üçün xarakterikdir. \\Qaynarinfo 

Tarix: 06 fevral 2024
Baxış: 94

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş