Xəbər lenti
Reklam
Məşhurlarımızın əvvəlki peşələri: meyvə bazarı, mebel yığan, fəhlə...
Bu gün müğənni kimi tanıdığımız məşhurlar əvvəllər nə işlə məşğul olublar? 
Bu barədə məlumatı təqdim edirik:

Pərviz Bülbülə məşhurlaşmadan öncə mebel yığan usta kimi fəaliyyətdə olub.
Tünzal Ağayeva musiqi müəllimi işləyib.
Flora Kərimova tibb təhsili alıb.
Faiq Ağayev ixtisasca teatr aktyorudur.
Zülfiyyə Xanbabayeva teatr rejissorudur.
Röya Ayxan hüquq fakültəsini bitiriblər.
Ağadadaş Ağayev müəllim işləyib.
Ədalət Şükürov 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun Kütləvi tədbirlər rejissoru olub. Bundan öncə isə meyvə bazarında işləyib.
Elnarə Xəlilova filoloqdur.
İlhamə Qasımova polis kimi fəaliyyət göstərib.
Aygün Kazımova həndbolçu idi. 
Nadir Qafarzadə məşhurlaşana qədər fəhlə işləyib.
Elza Seyidcahan musiqi müəllimidir.
Zamiq Hüseynov məşhurlaşana qədər hər cür işdə işləyib, ailəsinə qazanc gətirib.
Xatirə İslam tibb bacısı işləyib.
Tarix: 30 yanvar 2024
Baxış: 105

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş