Xəbər lenti
Reklam
Tikinti ilə bağlı yeni standart qəbul edildi
Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib.
Gender.Az Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, qurum tərəfindən AZS EN 13279-1:2023 “Gips yapışdırıcıları və gips suvaqları- Hissə 1: Təriflər və tələblər”, AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” və AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.
Müasir tələblərə uyğun, beynəlxalq təcrübə əsasında hazırlanan yeni dövlət standartları ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, standart layihələrinə tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) 15.11.2023-cü il tarixli iclasında baxılıb və yekdilliklə qərar qəbul edilib.

Tarix: 24 yanvar 2024
Baxış: 72

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş