Xəbər lenti
Reklam
“Nikolun bu təklifinin müəllifi Əliyevdir” - Zöhrabyan

“Baş nazir Nikol Paşinyanın “silahlara qarşılıqlı nəzarət”lə bağlı təklifi Ermənistan ordusunun tamamilə məhv edilməsinə yönəlmiş addımdır”.
Gender.Az xəbər verir ki, bu sözləri  Ermənistan Parlamentinin keçmiş deputatı, “Təhlükəsizlik və Demokratiya” ictimai təşkilatının sədri Naira Zohrabyan deyib.
O bildirib ki, bu təklif Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və əslində Bakının növbəti şərtlərinin yerinə yetirilməsidir.
“Ona görə ki, Ermənistanın öz ordusu olmamalıdır. Sazişin imzalanması nəticəsində ordumuz məhv ediləcək və Ermənistan özü də türk vilayətinə çevriləcək”, – deyə Zöhrabyan əlavə edib. \\KONKRET.az

Tarix: 19 yanvar 2024
Baxış: 83

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş