Xəbər lenti
Reklam
Nə vaxt öləcəksiniz?- Artıq bunu da hesablamaq mümkündür. NECƏ?

Danimarka Texniki Universitetin elmi qrupu insan ömrünü 78% dəqiqliklə proqnozlaşdırmaq qabiliyyətinə malik unikal süni intellekt alqoritmi hazırlayıb. 
Bu araşdırmanın təfərrüatları nüfuzlu elmi nəşr olan “Nature Computational Science”-də dərc olunub.
Bu alqoritmi yaratmaq üçün tədqiqatçılar müxtəlif arxivlərdən, tibbi sənədlərdən 6 milyon danimarkalının məlumatlarından, həmçinin könüllülərin sağlamlığı, şəxsi məlumatları və sosial statusu haqqında məlumatlardan istifadə ediblər. Bu, alimlər komandasına real insanlar haqqında hərtərəfli məlumat toplamağa imkan verdi.
Sonra sistemə daxil edilmiş məlumatlar mövcud təcrübəyə əsaslanaraq nümunələri axtaran və hadisələrin gələcək inkişafını proqnozlaşdıran bir alqoritmlə təhlil edilib. Bu iş nəticəsində neyroşəbəkə insanın həyatı boyu təkcə sağlamlıq vəziyyətini və maddi gəlirini deyil, həm də müəyyən zaman dövrlərində ölüm ehtimalını 78% dəqiqliklə proqnozlaşdırmağı öyrənib.
Araşdırmanı aparan komanda əmindir ki, alqoritm sağlamlığı yaxşılaşdırmaq və vaxtından əvvəl ölüm riskini azaltmaq üçün fərdi strategiyalar hazırlamaq üçün istifadə oluna bilər. \\Cebhe.info

Tarix: 19 yanvar 2024
Baxış: 82

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş