Xəbər lenti
Reklam
Seysmoloqlardan zəlzələ XƏBƏRDARLIĞI - Tarix AÇIQLANDI
Mütəxəssislər Rumıniyanın şərqindəki Vrança seysmik zonası ilə bağlı xəbərdarlıq edib.
Gender.Az sfera.az-a istinadən bildirir ki, sözügedən ərazidə toplandığı iddia edilən tektonik gərginlik seysmoloqlar arasında müzakirə obyekti olub. Qeyd edilib ki, zəlzələ baş verərsə, bu, Ukrayna, o cümlədən Rusiyanın cənubu (Krım, Qafqaz), Türkiyə və ona bitişik ölkələrə təsir edəcək.
"Seysmoloqlar hələ ki, mümkün fəlakətin vaxtı ilə bağlı heç bir konkret məlumata malik deyillər. Mütəxəssislər dağıdıcı zəlzələnin iki-üç ay və ya iki ilə mümkün olduğunu deyirlər. Prinsipcə, Vrança zonasında güclü zəlzələlər baş verir və bu, xeyli uzaq məsafələrdə hiss olunur.
Orada ən güclü zəlzələ 1976-cı ildə olub. Ondan əvvəl isə 1802 və 1940-cı illərdə superzəlzələlər baş verib", - "AB News"da qeyd olunub.

Tarix: 19 yanvar 2024
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş