Xəbər lenti
Reklam
Bəylə və gəlinin adına hesab açılsın, iştirak edə bilməyənlər yardım göstərə bilsinlər - TƏKLİF
“Bu məmləkətdə insanların nə istədiyini təyin etməkdən çətin məsələ yoxdur. İndi diqqət yetirirəm ki, Respublika prokururluğunun idarə rəisi F.Həsənəliyev qız övladına geniş toy tədbiri yerinə məhdud bir ailəvi tədbir keçirib. Tamamilə karantin qaydalarına uyğun tədbir olub. Ailə üzvlərindən başqa kimsə olmayıb. Bəylə gəlin də birlikdə şəkil çəkdirib. Azərbaycanda son 2 ayda bu cür mütəvazi toyların sayı yüzlərcədir. Başqa yolu da yoxdur, ailələr qurulmalı, gənclər xoşbəxtliyinə qovuşmalıdır. Bu kimi sadə formatda keçirilən toyları təqdir etmək əvəzinə saytlara yalandan informasiya ötürürlər ki, bəs filan vəzifəli şəxslər haralardasa təmtəraqlı məclis keçiriblər. Sadəcə ayıbdır, istər vəzifəli şəxs olsun, istər də sadə insan, fərqi yoxdur, karantin qaydalarına zidd gəlməyən formada öz övlad toyunu keçirirlərsə, buna yaxşı mənada sevinmək lazımdır ki, epidemiyanın yayılmasına şərait yaratmırlar”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
“Mən hələ düşünürəm ki, belə məclisləri evdə keçirərək, sadəcə, bəylə gəlinin adına ayrı-ayrılıqda hesab açılmalıdır ki, iştirak edə bilməyənlər istədikdə gənc ailəyə maddi dəstək də göstərə bilsinlər” – F.Mustafa qeyd edib. \\Pravda
Tarix: 17 iyul 2020
Baxış: 431

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş